Fərdi MBA Tədbiri

Baku

Nov 26 @ 22:07 GMT
10 seats left

Agenda

Cümə axşamı, Fevral 13, 2020
16:30
Məlumat masası fəaliyyətə başlayır
17:00 – 22:00
Fərdi görüşlər

Görüş Yeri

Hyatt Regency Baku
Hyatt Conference and Meeting Center: Bakikhanov street 1
Metro stansiyası: Nizami
Hyatt Regency Baku

Giveaways

Unikal məsləhətləşmə xidməti

MBA və EMBA görüşlərində yalnız dəvətnamələri olan şəxslər iştirak edə bilərlər. Görüşdə iştirak edəcək iş adamları profillərin müqayisəsi əsasında seçiləcək. Tədbirdə iştirak edən məktəblərin qəbulla bağlı tələblərinə başlıca olaraq aşağıdakılar daxildir: 

  • Ən azı bakalavr dərəcəsinə və ya ona ekvivalent dərəcəyə malik olmaq
  • İngilis dilini səlis bilmək
  • Məzun olduqdan sonra müvafiq sahədə ən azı 2 və ya 3 il iş təcrübəsinə malik olmaq

1-ci addım: Namizədlər onlayn qeydiyyat formasını doldurduqdan sonra bizim MBA üzrə ekspertlərimiz hər bir profili ayrıca nəzərdən keçirir və ən uyğun hesab etdikləri namizədlərin MBA planları barədə məlumat əldə etmək, onları motivasiya etmək və seçimlərini müəyyənləşdirməkdə kömək etmək üçün onlarla telefon danışığı aparırlar.


2-ci addım: İngilis dilində aparılan telefon danışığından sonra məsləhətçilərimiz MBA namizədlərinin tələblərini qiymətləndirir və onlara ən uyğun olan biznes məktəblərini təklif edirlər.


3-cü addım: Fərdi görüşlər üçün seçilmiş şəxslər müvafiq biznes məktəbləri ilə planlaşdırılmış görüşlərin siyahısı ilə tanış olurlar. Namizədlər xüsusi məsləhətçi ilə məktəblərin siyahısını müzakirə edir və lazım gəldikdə bu siyahıda dəyişiklik edirlər.


Qeydiyyat gecikdirildikdə və ya seçilmiş namizədlər ilə telefon əlaqəsi yaratmaq mümkün olmadıqda biz biznes məktəbi seçməkdə onlara kömək etmək üçün onları tədbirin keçirildiyi gün təşkil olunan konsultasiya sessiyalarına dəvət edirik. 

Participant Schools

About this event

Dünyanın ən nüfuzlu biznes məktəblərinin nümayəndələri ilə fərdi görüşlər

Access MBA sizə dünyada ən çox tanınan biznes dərəcələri olan MBA və EMBA ilə bağlı daha ətraflı məlumat əldə etmək və nüfuzlu beynəlxalq biznes məktəblərinin proqrama qəbul üzrə direktorları ilə şəxsən ünsiyyət qurmaq üçün ideal imkan yaradır.

Access MBA tədbirində siz aşağıdakı üstünlüklərdən faydalanacaqsınız:

  • 20 dəqiqəlik fərdi görüşlərdə və qrup şəklindəki kiçik yığıncaqlarda iştirak etməklə proqrama qəbul üzrə direktorlar ilə tanış olmaq
  • Biznes məktəblərinin nümayəndələri və məzunlarından ibarət panel müzakirələrində iştirak etmək
  • Access MBA konsultasiya komandasının məsləhətlərindən və dəstəyindən faydalanmaq, həmçinin GMAT və təqaüdlə bağlı məlumat əldə etmək

Fərdi MBA tədbiri üçün qeydiyyatdan keçməklə heç bir ödəniş tələb olunmadan profiliniz əsasında məqsədlərinizə və istəklərinizə uyğun olan biznes məktəbləri müəyyən olunacaq. Tədbirdə iştirakınızı sığortalamaq üçün ən azı 10 gün öncədən qeydiyyatdan keçməyiniz tövsiyə olunur.

Bu, sizin MBA dərəcəsi əldə etmək istiqamətində ilk addımı atmağınız üçün bir fürsətdir! 

90% of enrolled students believe the MBA improves their employability
89% of MBA alumni report a positive ROI
60% of alumni increased their median salaries to higher income ranges

Partners

FAQ

MBA dərəcəsi mənə uyğundur?

MBA dərəcəsi iş adamlarına rəhbər vəzifələrdə çalışmaq, yüksək maaş almaq və qlobal səviyyədə fəaliyyət göstərmək imkanı yaradır. Beynəlxalq MBA proqramına qoşulmaqla fəaliyyət şəbəkənizi gücləndirə, karyera perspektivlərinizi genişləndirə və sahibkarlıqla bağlı ideyalarınızı real təşəbbüslərə çevirə bilərsiniz.


Qeydiyyatdan keçmək üçün iş təcrübəsi tələb olunur?

Bəli, iştirak edən məktəblərin əksəriyyəti orta hesabla ən azı üç il iş təcrübəsi tələb edirlər. Lakin bəzi proqramlar iş təcrübəsi az olanlar və ya ümumiyyətlə olmayanlara da proqrama qoşulmaq imkanı yaradır.


Access MBA tədbirinə nə vaxt gəlməliyəm?

Qeydiyyat başa çatdıqdan sonra cədvəl sizə göndəriləcək. Siz cədvəldəkindən fərqli vaxt təyin etməyi tələb edə bilərsiniz.


Hansı məktəblərin nümayəndələri ilə görüşə biləcəyəm?

Müvafiq biznes məktəbinin seçilməsi prosesini sürətləndirmək məqsədilə siz qəbulla bağlı xüsusi kriteriyaları və öz tələblərinizi müzakirə etmək üçün məktəblərin nümayəndələri ilə görüşməzdən öncə istiqamətləndirmə sessiyasında iştirak edəcəksiniz. Bu sessiya tədbirdən öncə telefon vasitəsilə və ya tədbir zamanı baş tutacaq.


Xüsusi geyim qaydaları mövcuddur?

Peşəkarlığınızı geyiminizdə də əks etdirmək istəyirsinizsə işgüzar geyimdə olmağınız tövsiyə olunur. Biznes məktəblərinin nümayəndələrində ilk baxışdan xoş təəssürat oyatmaq üçün işgüzar geyim və işgüzar etiket normaları mühüm əhəmiyyət kəsb edir. 

Rəsmi rəylər

Olivia Ilie
"Tədbir möhtəşəm təşkil olunmuşdu- bütün görüşlərim öz vaxtında başladı. Müzakirələrdən sonra tədbirdə iştirak edən biznes məktəblərinin xüsusilə ikisinin tələbəsi olmağı arzuladım!"
Olivia Ilie
Stellio Lestevre
"Tədbirin formatı olduqca yaxşıdır. Eyni vaxtda və eyni məkanda bir neçə məktəb nümayiş olunur. Mən bu məktəblərin nümayəndələri ilə görüşərək onlara suallarımı şəxsən ünvanlamaq şansı əldə etdim."
Stellio Lestevre
Amir Iqbal
"Biznes məktəblərinin nümayəndələri ilə görüşlər mənim üçün çox faydalı oldu; hətta deyərdim ki, bu görüşlər təhsil sərgilərindən daha yaxşı və daha səmərəlidir. Bu gün tanış olduğum məktəblərdən birinə müraciət edəcəyəm."
Amir Iqbal

Have questions? We are here for you:

The Access MBA team is composed of over 80 full-time and multi-lingual professionals that work on a daily basis to advance international business education from our offices in Paris, Sofia and Montreal.

Thank you

Your message has been recieved and we will be contacting you shortly.

Bağla

Ooops!

Something went wrong

Biz sizə ən yaxşı onlayn təcrübəni qazandırmaq üçün kukilərdən istifadə edirik. Bizim veb səhifəmizdən istifadə etməklə siz kuki siyasətinə uyğun olaraq kukilərdən istifadə etməyimizə razılığınızı bildirirsiniz. Daha Çox Oxu

Bağla
loading...