Baku

Baku | Feb 19, 2018

Fərdi MBA Tədbiri

Dünyanın ən nüfuzlu biznes məktəblərinin nümayəndələri ilə fərdi görüşlər

Access MBA sizə dünyada ən çox tanınan biznes dərəcələri olan MBA və EMBA ilə bağlı daha ətraflı məlumat əldə etmək və nüfuzlu beynəlxalq biznes məktəblərinin proqrama qəbul üzrə direktorları ilə şəxsən ünsiyyət qurmaq üçün ideal imkan yaradır.

Access MBA tədbirində siz aşağıdakı üstünlüklərdən faydalanacaqsınız:

  • 20 dəqiqəlik fərdi görüşlərdə və qrup şəklindəki kiçik yığıncaqlarda iştirak etməklə proqrama qəbul üzrə direktorlar ilə tanış olmaq
  • Biznes məktəblərinin nümayəndələri və məzunlarından ibarət panel müzakirələrində iştirak etmək
  • Access MBA konsultasiya komandasının məsləhətlərindən və dəstəyindən faydalanmaq, həmçinin GMAT və təqaüdlə bağlı məlumat əldə etmək
  • British Academy-dən GMAT, GRE, IELTS, SAT, TOEFL kurslarında 15% endirim şansı əldə et
  • Bakı Təhsil Məlumat Mərkəzinin 1 aylıq ödənişsiz GMAT kursunu şansı əldə et
  • 'Introduction to GMAT' seminarı: Orxan Kərimov, Bakı Təhsil Məlumat Mərkəzi

Fərdi MBA tədbiri üçün qeydiyyatdan keçməklə heç bir ödəniş tələb olunmadan profiliniz əsasında məqsədlərinizə və istəklərinizə uyğun olan biznes məktəbləri müəyyən olunacaq. Tədbirdə iştirakınızı sığortalamaq üçün ən azı 10 gün öncədən qeydiyyatdan keçməyiniz tövsiyə olunur.

Bu, sizin MBA dərəcəsi əldə etmək istiqamətində ilk addımı atmağınız üçün bir fürsətdir! 

Cədvəl
Bazar ertəsi, Fevral 19, 2018
16:30
Məlumat masası fəaliyyətə başlayır
17:00 – 22:00
Fərdi görüşlər
Görüş Yeri
Hyatt Regency Baku
Ünvan: 1033 Izmir Street
Metro stansiyası: Nizami Station

Unikal məsləhətləşmə xidməti

MBA və EMBA görüşlərində yalnız dəvətnamələri olan şəxslər iştirak edə bilərlər. Görüşdə iştirak edəcək iş adamları profillərin müqayisəsi əsasında seçiləcək. Tədbirdə iştirak edən məktəblərin qəbulla bağlı tələblərinə başlıca olaraq aşağıdakılar daxildir: 

  • Ən azı bakalavr dərəcəsinə və ya ona ekvivalent dərəcəyə malik olmaq
  • İngilis dilini səlis bilmək
  • Məzun olduqdan sonra müvafiq sahədə ən azı 2 və ya 3 il iş təcrübəsinə malik olmaq

1-ci addım: Namizədlər onlayn qeydiyyat formasını doldurduqdan sonra bizim MBA üzrə ekspertlərimiz hər bir profili ayrıca nəzərdən keçirir və ən uyğun hesab etdikləri namizədlərin MBA planları barədə məlumat əldə etmək, onları motivasiya etmək və seçimlərini müəyyənləşdirməkdə kömək etmək üçün onlarla telefon danışığı aparırlar.


2-ci addım: İngilis dilində aparılan telefon danışığından sonra məsləhətçilərimiz MBA namizədlərinin tələblərini qiymətləndirir və onlara ən uyğun olan biznes məktəblərini təklif edirlər.


3-cü addım: Fərdi görüşlər üçün seçilmiş şəxslər müvafiq biznes məktəbləri ilə planlaşdırılmış görüşlərin siyahısı ilə tanış olurlar. Namizədlər xüsusi məsləhətçi ilə məktəblərin siyahısını müzakirə edir və lazım gəldikdə bu siyahıda dəyişiklik edirlər.


Qeydiyyat gecikdirildikdə və ya seçilmiş namizədlər ilə telefon əlaqəsi yaratmaq mümkün olmadıqda biz biznes məktəbi seçməkdə onlara kömək etmək üçün onları tədbirin keçirildiyi gün təşkil olunan konsultasiya sessiyalarına dəvət edirik. 

Əvvəlki tədbir iştirakçıları Access MBA turu haqqında rəy bildirirlər
Amir Iqbal
"Biznes məktəblərinin nümayəndələri ilə görüşlər mənim üçün çox faydalı oldu; hətta deyərdim ki, bu görüşlər təhsil sərgilərindən daha yaxşı və daha səmərəlidir. Bu gün tanış olduğum məktəblərdən birinə müraciət edəcəyəm."
Olivia Ilie
"Tədbir möhtəşəm təşkil olunmuşdu- bütün görüşlərim öz vaxtında başladı. Müzakirələrdən sonra tədbirdə iştirak edən biznes məktəblərinin xüsusilə ikisinin tələbəsi olmağı arzuladım!"
Stellio Lestevre
"Tədbirin formatı olduqca yaxşıdır. Eyni vaxtda və eyni məkanda bir neçə məktəb nümayiş olunur. Mən bu məktəblərin nümayəndələri ilə görüşərək onlara suallarımı şəxsən ünvanlamaq şansı əldə etdim."
Business Schools participating in the current Access MBA Tour in Europe
Azerbaijan
United Arab Emirates
Media əməkdaşları
Biz sizə ən yaxşı onlayn təcrübəni qazandırmaq üçün kukilərdən istifadə edirik. Bizim veb səhifəmizdən istifadə etməklə siz kuki siyasətinə uyğun olaraq kukilərdən istifadə etməyimizə razılığınızı bildirirsiniz. Daha Çox Oxu
loading...